SON DƏQİQƏ: "Sumqayıt" Nazim Süleymanovla yolları ayırdı

"Sumqayıt" baş məşqçisi Nazim Süleymanovla yolları ayırıb.

 

Sportal.az xəbər verir ki,  təcrübəli mütəxəssis səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib. Adıçəkilən mütəxəssisin ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilmiş, onunla bağlanmış müqaviləyə 12.11.2018-ci il tarixindən xitam verilməsinə razılıq verilmişdir. Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim etmişdir.

 

Qeyd edək ki, 53 yaşlı çalışdırıcı yayda klubun "sükanı araxsı"na keçmişdi.

Tarix: 12 Noyabr [13:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio