Azərbaycan kubokunun püşkü atılacaq

13:17 - 12 Noyabr 2018

Azərbaycan kubokunda 2018/2019-cu il mövsümünün iştirakçı komandaları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yarışda Topaz Premyer Liqasının 8 komandası ilə yanaşı, 1-ci divizion təmsilçiləri olan “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan” və “Ağsu” da mübarizə aparacaq.

 

Püşkatma mərasimi 14 noyabr tarixində AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 13:00-da başlayacaq.

Xəbər xətti