Riçard Almeyda "Qarabağ"a dönüşü barədə: "Buna inanmayın, sözlərimi dəyişiblər" MÜSAHİBƏ

14:55 - 12 Noyabr 2018

Millimizin üzvü və "Astana"nın yarımmüdafiəçisi Riçard Almeyda Sports.kz saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu bu mövsüm "Astana" ilə Qazaxıstan Premyer Liqasının qalibi olması ilə bağlı və digər məsələlərdən danışıb.

 

- Çempion olmaq həmişə böyük hadisədir. Komandamız və məşqçi heyəti üçün xoşbəxtəm. Hər oyunda komanda ruhunu ortaya qoyduq. İndi isə bütün diqqətimizi Avropa Liqasına cəmləməliyik. Özümü komandada yaxşı hiss edirəm və uğurlu oyunları gözləyirəm.

 

- Kiyev "Dinamo"su ilə oyundan öncə komandada əhval-ruhiyyə necədir?

- "Dinamo" Ukraynanın həmişə ən yaxşı klublarından sayılır. Onların yaxşı futbolçuları var. Çexiyanın "Yabolonets" klubu ilə oyunda xarakter göstərdik və arzuladığımız qələbəni qazandıq. Konsentrasiyanı sona kimi saxlamalıyıq. "Dinamo" ilə oyun çətin olacaq. Ancaq qalib gəlmək üçün hər şey etməliyik. Çünki qalib gəlsək, növbəti mərhələyə adlayacağıq.

 

- "Astana"ya gələndən heç nə ilə yadda qalmadın.

- "Astana"ya gəlməmişən iki ay əvvəl oynamamışdım, zədəli idim. Həmin vaxt digər futbolçular formada idi. Buna görə də oyundan-oyuna formaya düşdüm. Bu da vaxt aldı. Klubun məşqçiləri, futbolçular mənə dəstək oldular.

 

- Braziliya mətbuatına müsahibəndə "Astana"dan ayrılaraq, "Qarabağ"a dönəcəyini demisən.

- Bu, saxta xəbərdir, inanmayın. Braziliyalı bir jurnalistə müsahibə verdim. Dedim ki, bəlkə bir gün "Qarabağ"a qayıda bilərəm. Mən bunun yaxın gələcəkdə baş verəcəyini söyləmədim. Sözlərimi dəyişiblər.

 

- Bir sözlə, "Astana"da qalacaqsan?

- Mənim iki illik müqavilə var. Müqaviləmin sonuna kimi qalmaq istəyirəm.

 

- "Kayrat"la oyun sizdə necə təəssürat oyatdı?

- Derbi oyunlar həmişə maraqlıdır. "Kayrat" yaxşı komandadır, ancaq "Astana" Qazaxıstanda ən güclüdür.

Xəbər xətti