Şəhriyar Əliyev milliyə dəvət almasından danışdı: "Çalışacam ki, etimadları doğruldum" MÜSAHİBƏ

16:40 - 12 Noyabr 2018

"Sumqayıt"ın müdafiəçisi Şəhriyar Əliyev Sportal.az-a müsahibə verib.

 

25 yaşlı futbolçu uzun müddət sonr amilliyə dəvət almasından və digər məsələlərdən danışıb.

 

- Uzun müddət sonra milliyə dəvət aldın. Hansı hisslər yaşayırsan?

- Çoxdan idi ki, milliyə dəvət almırdı. Sevincliyəm ki, yığmaya çağırıldım. Qalan şeylər öz əlimizdədir. Çalışacam ki, etimadları doğruldum. 

 

- Dəvət gözləyirdin, yoxsa sənin üçün sürpriz oldu?

- Məşq edib hazırlaşıram. Formada qalmaq əsas məqsədimdir. Baş məşqçi formada olan futbolçuları yığmaya dəvət edir. Mənim üçün sevindirici haldır ki, milliyə dəvət aldım. 

 

via GIPHY

 

 

- Yığmamız Millətlər Liqasında Farer adaları və Kosovo ilə oyunlarda 6 xal götürə biləcək?

- Çalışacağıq ki, bunu bacaraq. Farer adalarını evdə məğlub etməliyik. Daha sonra isə Kosovo ilə səfər matçını düşünməliyik. İnşallah, 6 xal qazanarıq.

 

Image may contain: 1 person, playing a sport, stadium and outdoor

 

- Artıq Nazim Süleymanov da istefa verdi. İkinci dövrədə "Sumqayıt" uğursuz oyunlar sərgilədi. Komandada eniş nə səbəbə yarandı?

- İkinci dövrə bizim üçün yaxşı keçmədi. "Qəbələ" ilə oyunda hesabda öndə olsaq da, üstünlüyü əldə verdik. "Keşlə" ilə oyunda ilk hissədə qapılara qol vurulmamışdı. Fasilədən sonra rəqib bizə 4 top vurdu. Adi səhvlərdən qollar buraxdıq. Fasilədə çatışmayan cəhətlərimizi düzəltməyə çalışacağıq.

 

- Komandada yeni nəfəs üçün fasilə faydalı olacaq?

- Mən də buna inanıram. Bəlkə də uşaqlarda psixoloji cəhətdən yorğunluq var. Uduzanda bu, adama pis təsir edir. Fasilədən maksimum şəkildə yararlanmalıyıq.

 

via GIPHY

 

 

- Nazim Süleymanovun da şikayəti qırmızı vərəqələrlə bağlı idi. Futbolçular 11 oyuna 5 qırmızı vərəqə alıb.

- Bəli, baxanda yaxşı mənzərə deyil. Heç kəs istəməz ki, meydandan qovulsun. Orxan Sadıqlı ötən gün keçirilən oyunda istəməzdi ki, qırmızı vərəqə alsın. Məcburiyyətdən belə alındı. Hamısı oyun epizodlarında olan qırmızı vərəqələrdi. Dava-dalaş olmayıb.

 

- "Keşlə" və "Zirə" yavaş-yavaş dirçəlirlər. "Sumqayıt" isə liderlərdən uzaq düşür.

- Növbəti turda "Zirə" ilə oynayacağıq. Bu oyuna yaxşı hazırlaşaraq, qalib gəlməliyik. Çalışacağıq ki, yuxarı pillələrə qalxaq.

Xəbər xətti