“Səbail”dən tarixi qələbə

Topaz Premyer Liqasının XI turunun “Sabah” – “Səbail” oyunu hər iki klubun tarixinə düşüb.

 

Sportal.az xəbər verir ki, 4:0 hesabı ilə qalib gələn qonaqlar özünün TPL-də ən böyükhesablı qələbəsini qazanıb. Bu, “Səbail”in ümumiyyətlə ilk böyükhesablı qalibiyyətidir. Premyer Liqada ötən mövsüm debüt edən “Səbail” əvvəlki 38 matçda 2-dən artıq top fərqilə qalib gəlməmişdi. Əvvəlki 11 qələbədən 2-si texniki nəticə, 8-i bir, 1-i isə iki top fərqilə qeydə alınmışdı. Cari mövsümün VII turunun “Sumqayıt”la oktyabrın 5-dəki görüşdə “Sumqayıt”ı 2 cavabsız qolla məğlub edən Aftandil Hacıyevin yetirmələri ilk dəfə üç xalı 1-dən çox fərqlə qazanmışdı. “Əlincə Arena”dakı görüşdə isə həmin göstərici ikiqat üstələnib.

 

Bu oyun “Səbail”in ən çox qol vurduğu Premyer Liqa matçıdır. Paytaxt təmsilçisinin əvvəlki rekordu ötən mövsümdə qeydə alınmışdı. 2017-ci il noyabrın 18-də “Kəpəz”lə səfər qarşılaşmasında 3 qol vuran qonaqlar 3:2 hesabı ilə qalib gəlmişdi. XI turun oyunundakı məğlubiyyət “Sabah”ın Premyer Liqada ən böyükhesablı yenilgisidir. Bunadək bir dəfə ağır məğlubiyyət alan Elşad Əhmədovun komandası II turda “Sumqayıt”a 1:4 hesabı ilə uduzmuşdu.

Tarix: 12 Noyabr [17:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio