“Zirə”nin 75-ci səfəri

“Zirə” tarixində 75-ci səfər oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “Neftçi” ilə Azərbaycan Premyer Liqasının 11-ci turunun 8-ci km stadionundakı qarşılaşması “qartallar”ın bütün turnirlərdə keçirdiyi yubiley oyunu olub. ”Zirə” Premyer Liqada 52, 1-ci divizionda 15, Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 2 dəfə rəqib meydanına çıxıb.

 

“Neftçi” ilə görüşdəki 2:2 hesablı bərabərlik səfər oyunlarında əldə edilən 20-ci heç-heçə olub. Bunlardan 17-si Premyer Liqa, 3-ü 1-ci diviziona təsadüf edib.

 

“Zirə” rəqib meydanlarında ən çox - 4 dəfə “Neftçi” ilə "sülh bağlayıb". Ümumilikdə 11 rəqibin meydanından 1 xalla dönən “qartallar”, “Keşlə”, “Kəpəz” və “Qəbələ” ilə 3 dəfə heç-heçə edib.

Tarix: 12 Noyabr [17:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio