"Monako"dan Anriyə dəstək: "O, yanğınsöndürən deyil"

"Monako"nun vitse-prezidenti Vadim Vasilyev komandanın yeni baş məşqçisi Tyerri Anriyə güvəndiklərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, fransız mütəxəssis gəlişindən sonra da "qara zolaq"dan çıxa bilməyən "knyazlıq klubu"nda çöküş davam edir. Vasilyev PSJ-yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra Anriylə uzun müddət çalışmaq istədiklərini deyib: "Anriylə uzun müddət çalışmaq istəyirik. O da bura bu səbəbdən gəlib. Anri yanğınsöndürən deyil. Bəxtsiz günlər yaşayırıq. Heç vaxt bu qədər zədəli futbolçumuz olmamışdı. İnanılmaz dərəcədə bəxtimiz gətirmir".

 

Qeyd edək ki, "Monako" Anrinin gəlişindən sonra 6 oyuna 4 məğlubiyyət alıb, 2 heç-heçə edib.

Tarix: 12 Noyabr [18:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio