La Liqa klubunda baş məşqçi dəyişikliyi

10:51 - 13 Noyabr 2018

İspaniya La Liqasında çıxış edən "Selta" yeni baş məşqçisini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Viqo klubu "sükanı" Migel Kardozoya həvalə edib. 46 yaşlı mütəxəssis bu vəzifədə Antonio Məhəmmədi əvəz edib.

 

Qeyd edək ki, "Selta" La Liqada 12 turdan sonra 14 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti