Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

11:57 - 13 Noyabr 2018

UEFA Millətlər Liqası turniri çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

 

Sportal.az tədbirlərin vaxtını təqdim edir:

 

16 noyabr

 

Farer adaları milli komandası

Saat 16:30. Mətbuat konfransı

Saat 17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Azərbaycan milli komandası

Saat 18:30. Mətbuat konfransı

Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Xəbər xətti