Farer adalarında millimizlə oyundan öncə ciddi itki

13:29 - 13 Noyabr 2018

Millətlər Liqasında yığmamızın qonağı olacaq Farer adaları itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, adalılar Yohan Suymun Edmundssonun xidmətindən məhrub olub. Almaniya II Bundesliqasında çıxış edən "Arminiya"da oynayan 27 yaşlı hücumçu "İnqolştadt"la matçda dizindən zədələnib. Bu səbəbdən də o, yığmadan kənar qalıb. Yığmanın baş məşqçisi Lars Olsen Edmundssonun əvəzinə düşərgəyə "B36 Torshavn"ın 21 yaşlı forvardı Maynhard Egilsson Olseni çağırıb.

 

Qeyd edək ki, Azərbaycan - Farer adaları oyunu noyabrın 17-də BOS-da baş tutacaq.

Xəbər xətti