"Zirə"yə texniki məğlubiyyət verildi

16:37 - 13 Noyabr 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilub:

 

1-ci divizionun 10-cu turunun “Keşlə-2” - MOİK matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur.

 

Oyunun 41-ci dəqiqəsində MOİK-in inzibatçısı Hüseyn Həsənov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

 

Oyunun 73-cü dəqiqəsində MOİK-in baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.

 

1-ci divizionun 11-ci turunun “Qaradağ Lökbatan” - “Səbail-2” matçı təyin olunduğu vaxtdan 7 dəqiqə gec başladığına görə hər iki klub 240 manat cərimə olunur.

 

“Kəpəz” - “Şüvəlan” matçının 80-ci dəqiqəsində “Şüvəlan”ın futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

“Sabah-2” - “Sumqayıt-2” matçında “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 82-ci dəqiqəsində “Sumqayıt-2” klubunun futbolçusu Elvin Dəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

 

1-ci divizionun 11-ci turunun “Turan Tovuz” - “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

“Zirə-2” klubunun heyətində 3 futbolçunun lisenziyası oyundan əvvəl hakimə təqdim olunmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 800 manat cərimə olunur.

 

“Zaqatala” - “Ağsu” matçında “Ağsu”nun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Xəbər xətti