Kosovonun baş məşqçisi: "Qrup lideri olmamaq, dünyanın sonu deyil"

17:25 - 13 Noyabr 2018

"Bizi qarşıda iki vacib oyun gözləyir. Bizdən azarkeşlər yalnız qələbə gözləyirlər. Farer adaları ilə oyunda komandadan narazı qaldım. Malta və Azərbaycana qarşı yaxşı çıxış etmək istəyirik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Kosovo millisinin baş məşqçisi Bernard Şalland yerli mətbuata açıqlamasında deyib. UEFA Millətlər Liqasında Malta və Azərbaycanla keçiriləcək oyunlar haqda danışan isverçəli mütəxəssis qrup liderliyi barədə danışıb: "İstəyirik ki, pley-offa adlayaq, ancaq bu, baş verməsə, dünyanın sonu deyil. Biz yeni komandayıq, hələ kollektiv formalaşdırırıq. Kosovoda ev tikilir. Bunun üçün təməl qoyulub, mən də birinci mərtəbəni tikirəm. İndidən nəticəni düşünmürük. Əlbəttə, olsa, xoşbəxt olarıq. Daha çox gələcək barədə düşünməliyik.

Xəbər xətti