VAR sistemi üçün toplantı

18:34 - 13 Noyabr 2018

2019/2020 mövsümündə İngiltərə Premyer Liqasında videotəkrar sisteminin istifadəsi üçün klublar toplantı keçirəcək.

 

Sportal.az xəbər verir ki, bu mövsümə oyundankənar vəziyyətdən bir neçə qolun vurulması Premyer Liqa klublarını razı salmır. Toplantıda VAR sisteminin növbəti mövsüm tətbiqi üçün səsvermə keçiriləcək.

 

Qeyd edək ki, VAR bu mövsüm Premyer Liqada qapalı şəkildə istifadə olunur. Federasiya bu mövsüm texnologiyanın sınaq xarakterli olmasına qərar vermişdi. Əgər klublar razı olsa, növbəti mövsüm Premyer Liqada VAR sistemi olacaq.

Xəbər xətti