Van Hoydonkun yeni iş yeri bəlli oldu

18:49 - 13 Noyabr 2018

Hollandiya millisinin sabiq üzvü Pyer Van Hoydonkun yeni iş yeri məlum olub.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis futbolçu karyerasında ən yaxşı günlərini keçirdiyi klublardan olan "NAK Breda"da çalışacaq. Veteran hücumçu komandanın transfer işlərinə baxacaq və məşqçi Hans Smuldersin köməkçisi olacaq.

 

Qeyd edək ki, Van Hoydonk "Seltik", "Nottingem Forest", "Benfika", "Feyenoord", "Fəbərbaxça" kimi klublarda çıxış edib. O, hollandiya millisində 1994-2004-cü illərdə 46 oyuna 14 qol vurub.

Xəbər xətti