Ayxan Abbasov: "Sumqayıt" da istəyər ki, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazansın" MÜSAHİBƏ

15:30 - 14 Noyabr 2018

“Sumqayıt”ın yeni baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına müsahibə verib.
 
37 yaşlı mütəxəssis təyinatından və hədəflərdən danışıb.
 
- Təyinatınız barədə danışardınız.
- Sumqayıtda həmişə futbol ənənələri olub və olacaqda. Buradan yaxşı futbolçular, məşqçilər çıxıb. Təklif gəldi, müzakirələr apardıq və anlaşdıq. Planlar barədə danışdıq. Yaxşı işlər görülür, gələcək üçün yaxşı meydança və baza olacaq. İstəyirik ki, azarkeşləri sevindirək.
 
Image may contain: 2 people, people standing and text
 
- Bu mövsüm üçün qarşınıza hansı hədəflər qoyuldu?
- Hər bir məşqçinin, klubun hədəfi olmalıdır. Desək ki, qarşımıza hədəf qoymamışıq, özümüzü aldatmış olarıq. Belə halda azarkeşlər də bizi düzgün anlamaz. Klubun gücü nədirsə, maksimum çalışacağıq. Yaxşı komanda qurmalı və nəticə vermək lazımdır. Yaxşı oyun nümayiş etdirməliyik. Əlbəttə, “Sumqayıt” istəyər ki, tarixinidə ilk dəfə avrokuboklara vəsiqə qazansın. Bu, Sumqayıt futbolunun inkişafına böyük təkan olacaq. Çalışacağıq ki, yaxşı işlər görək. Qış fasiləsinə kimi 3 tur qalıb və kubok oyunu keçirəcəyik. Qısa zamanda fikirlərimizi futbolçulara çatdırmaq istəyirik. Əzmkar komanda formalaşdırmalı və hazırlaşmalıyıq.
 
- Heyət avrokuboklara vəsiqə qazanmaq üçün yetərlidir?
- Bu gün heyətə baxanda fikirləşirəm ki, təcrübəli futbolçular var. Millinin sabiq və indiki üzvləri komandada cəmləşib. Həm də gənc oyunçular da kollektivdə yer alıblar. Bu heyətlə qışa qədər futbolçuların əllərindən gələni edəcəklərinə inanıram. Qış fasiləsində isə rəhbərliklə danışacağıq.
 
Image may contain: 2 people, people standing
 
- Qışda transferlər gözlənilir?
- Əlbəttə, istərdim ki, transferlər olsun. Hər bir komandada rəqabət olmalıdır. Bu, futbolçuların da xeyrinə olacaq.
 
- “Zirə”də legionerin transferi mümkün idi. “Sumqayıt”da isə durum fərqlidir. Yerli oyunçu qıtlığını nəzərə alsaq, işiniz çətin olmayacaq?
- Çətinlik legionerlə də olur, legionersiz də. Yerli futbolçularda olan milli ruhu əcnəbi oyunçularla etmək olmur. Bu gün üçün klubun öz strategiyası var. Bunu bilərək kluba gəlmişəm. Çalışacağıq ki, komandada milli ruh və istək olsun. Bununla da irəli gedək.
 
Image may contain: 3 people, people standing and outdoor
 
- Özünüz də gənc mütəxəssisiniz. “Sumqayıt”da uğurlar qazanıb ölkədə yeni fenomen ola bilərsiniz?
- İnşallah, çalışırıq. Gecə-gündüz artıqlamasıyla nə lazımdırsa, klub üçün edəcəm. Rəhbərlik də məşqçinin inkişafı üçün hər bir şəraiti yaratmaq istəyir. Mən də əlimdən gələni edəcəm.
 
Mehman

Xəbər xətti