Maksim Medvedev: "Bu qədər oyun keçirmək çox çətindi, xeyli əziyyət çəkdim"

16:39 - 14 Noyabr 2018

“Qarabağ”ın Topaz Premyer Liqasının XI turunda qarşılaşdığı “Qəbələ”ylə matç Ağda klubunun futbolçusu Maksim Medvedev üçün əlamətdar olub. "Atlılar"ın tarixində ölkə çempionatlarında 269-cu oyuna çıxan Medvedev “Qarabağ”da yerli çempionatlarda ən çox forma geyinən futbolçu tituluna yiyələnib. O, 268 oyuna çıxmış Aslan Kərimovu geridə qoyub.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı müdafiəçi bu haqda klubun rəsmi saytına fikirlərini bildirib:

 

“Mənə də xoşdu ki, “Qarabağ” tarixində ölkə çempionatlarında ən çox forma geyinmek rekordu bütün futbolçular arasında mənə məxsusdu. Çalışacam, bu rəqəmi daha da yüksəldim və klubda çox oyunum olsun. Hələ qarşıda bir neçə ilim var. 269-un daha böyük rəqəm olması üçün əlimdən gələni edəcəm. Düzdü, bu qədər oyun keçirmək çox çətindi, çox əziyyət çəkdim. “Qarabağ” kimi klubun ölkə çempionatlarında ən çox oynayan futbolçusu titulu mənim üçün qürurvericidi. Hədəfim ümumilikdə ən çox oynayan futbolçu adına yiyələnmək və bu klubla daha böyük zəfərlər qazanmaqdı”.

Xəbər xətti