Farer adaları Bakıda hazırlığa başladı

18:53 - 14 Noyabr 2018

UEFA Millətlər Liqasının 5-ci turunda Azərbaycan millisinin qonağı olacaq Farer adaları yığması ötən gün Bakıya gəlib.

 

Sportal.az xəbər verir ki, adalılar bu gün paytaxtda ilk hazırlığını keçirib. Lars Olsenin komandası bu gün səhər saatlarında "Neftçi”nin bazasında məşqə çıxıb.

 

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları qarşılaşması saat 21:00-da başlayacaq.

Xəbər xətti