Millimizin rəqiblərinin duelində Gürcüstan 7 cavabsız qola sevindi

00:57 - 15 Noyabr 2018

19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının yer aldığı 1-ci qrupda ilk tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Tiflis şəhərindəki Mixail Mesxi adına stadionda baş tutan qrupun digər oyununda meydan sahibi Gürcüstan yığması Lixtenşteynə 7:0 hesabı ilə qalib gəlib.

 

Qrupun ilk görüşündə Azərbaycan yığması da ilk turda İsrailə böyük hesabla uduzmuşdu - 1:4.

 

Noyabrın 17-də baş tutacaq 2-ci turda Azərbaycan yığması Gürcüstanla, İsrail isə Lixtenşteynlə üz-üzə gələcək.

Xəbər xətti