Keyhill "Çelsi"dən ayrılır

12:21 - 15 Noyabr 2018

Mauritsio Sarrinin gəlişindən sonra əsas heyətə düşə bilməyən Qari Keyhill "Çelsi"dən ayrılmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu qış fasiləsində klubunu dəyişəcək. Bu barədə "The Guardian" məlumat yayıb. London klubunun rəhbərliyi ingilis müdafiəçinin gedişinə problem yaratmayacaq.

 

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü bu mövsüm 6 oyun keçirib. Keyhill 2012-ci ildə 7 milyon funt-sterlinq qarşılığında "Bolton"dan "Çelsi"yə keçmişdi.

Xəbər xətti