Halldorsson səhvindən danışdı: "Bu, məni əsəbləşdirdi"

11:55 - 16 Noyabr 2018

"Bu gün düzgün yolda olduğumuzu hiss etdim. Əlbəttə, məğlub olduğumuza görə xoşbəxt ola bilmərik. Buna baxmayaraq, layiqli oyun nümayiş etdirdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Hannes Halldorsson deyib. İslandiyalı qolkiper Millətlər Liqasında səfərdə Belçikaya 0:2 hesabı ilə uduzduqları oyun barədə danışıb:

 

"Belçika böyük komandadır. Bizim heyətimiz isə yenilənir. Yeni oyun oyun sistemini sınayırıq və böyük komandaları məğlub edə bilərik".

 

Halldorsson ikinci qol zamanı səhvindən danışıb: "İlk qol zamanı ötürmə müdafiəçilərin arxasına oldu. Ötürmə həqiqətən də fantastik idi. Belə ötürmələri bizim müdafiə xətti qarşılaya bilməz. İkinci qolda isə Mişi Batşuayi bizə çox yaxın idi. Uzaqdan qüvvətli zərbə gəldi və top əlimdən düşən kimi özünü bir an yetirdi. Nə etmək istəyirdisə, bacardı. Bu, məni əsəbləşdirdi".

Xəbər xətti