Əliyar Ağayev Danimarkanın oyununa təyinat aldı

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

 

Sportal.az xəbər verir ki, referi Millətlər Liqasının 5-ci turunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi olacaq.

 

Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

 

Qeyd edək ki, Danimarka – İrlandiya matçı noyabrın 19-da Orxus şəhərindəki Ceres Park stadionunda keçiriləcək.

Tarix: 16 Noyabr [13:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio