La Liqanın prezidenti: "Bu araşdırmalar göstərdi ki, UEFA düzgün çalışmır"

İspaniya La Liqasının prezidenti Xavyer Tebas açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Tebas "Mançester Siti", PSJ kimi klubların qanunsuz işlərinin "Football Leaks" tərəfindən aşkara çıxarılmasından danışıb. O, UEFA-nın məsələyə gec baş qoşduğunu deyib:

 

"Football Leaks" bu araşdırmaları ilə göstərdi ki, UEFA düzgün çalışmır. Mənim üçün "Mançester Siti" və PSJ barədə qanunsuzluqlar sürpriz olmadı. UEFA-nın bu məsələyə dərhal baxması lazımdı. Artıq onlar gecikirlər. PSJ ən azı bir mövsüm ÇL-dən uzaqlaşdırılmalı idi".

 

Qeyd edək ki, PSJ Maliyyə Feyr Pley qaydalarını pozub.

Tarix: 16 Noyabr [14:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Dekabr 2018
17  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio