Tomsen: "Bakıya qalib gəlmək üçün gəlmişik"

"Bakıya qələbə üçün gəlmişik. Başqa yolumuzun olmadığını bilirik”. 

 

Sportal.az xəbər verir ki, bu sözləri Farer adaları yığmasının hücumçusu Yakub Tomsen Millətlər Liqasının 5-ci turunda millimizlə keçiriləcək oyun haqda danışarkən deyib. Ölkəsinin mətbuatna açıqlama verən 21 yaşlı futbolçu sabahkı görüşdə qol vurmaq istədiyini bildirib: “Qrup birincisi olmaq istəyiriksə, mütləq qalib gəlməliyik. Bakıda qol vuraraq, komandama kömək etmək istəyirəm. Əgər baş məşqçi şans versə, bundan maksimum yararlanmağa çalışacam”.

 

Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

Tarix: 16 Noyabr [14:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2018
16  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio