Keylor Navas "Real"ı "Yuventus"a dəyişə bilər

18:22 - 16 Noyabr 2018

Yayda "Real"dan Kriştiano Ronaldo alan "Yuventus" Madrid klubunun daha bir futbolçusuna göz dikib.

 

Sportal.az xəbər verir ki, "qoca sinyora" "kral klubu"nun qapıçısı Keylor Navası heyətinə qatmaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumata görə, Tibo Kurtuanın transferindən sonra "Real"da yerini itirən kosta-rikalı qolkiper "Yuventus"a keçməyə müsbət baxır.

 

Qeyd edək ki, 31 yaşlı qapıçı 2014-cü ildə "Levante"də "Real"a keçib.

Xəbər xətti