"Qarabağ"ın futbolçusu oynadı, komandası liderlik şansını qorudu VİDEO

Bu gün UEFA Millətlər Liqasında V turun növbəti matçları keçirilib.

 

Sportal.az xəbər verir ki, C Liqasında çıxış edən Bolqarıstan Kiprin qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev qarşılaşmaya start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib.

 

Bu nəticə ilə qrupun digər komandası Sloveniya D liqasına yuvarlanıb. 

 

3-cü qrupa 10 xalla Norveç başçılıq edir. Eyni xala malik olan Bolqarıstan top fərqinə görə 2-ci yerdə qərarlaşıb. 5 xalı olan Kipr 3-cü, Sloveniya isə 1 xalla sonuncudu. Qrupun son turunda Bolqarıstan Sloveniyanı, Kipr Norveçi qəbul edəcək.

 

C Liqası

3-cü qrup

 

Kipr – Bolqarıstan - 1:1

Qollar: Panayiotis Zahariou, 24 - Nikolay Dmitrov, 89 (pen.)

 

Tarix: 17 Noyabr [02:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio