Kosovonun baş məşqçisi: "Liderliyi qorumaq asan olmayacaq"

"UEFA Millətlər Liqasının qrup mərhələsində iki oyunumuz qalıb. Malta və Azərbaycanla çətin oyunlarımız olacaq".

 

Sportal.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasında millimizlə eyni qrupda yer alan Kosovonun baş məşqçisi Bernard Şalland deyib. İsveçrəli mütəxəssis qrupda liderliyi qorumağın çətin olduğunu deyib:

 

"Liderliyi qorumaq asan olmayacaq. Maltanın Bakıda göstərdiyi oyun məni yaxşı mənada təəccübləndirdi. Açığı, onların uzaq yola görə səfərdə yaxşı nəticə qazanacaqlarını düşünmürdüm. Bizi də çətin görüş gözləyir”.

 

Qeyd edək ki, Kosovo bu gün Maltanın qonağı olacaq, 3 gün sonra isə millimizi qəbul edəcək.

Tarix: 17 Noyabr [15:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio