Lars Olsen: "Kosovo ilə səfərdə oynamaq Azərbaycan üçün çətin olacaq"

UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Farer adaları millisi səfərdə Azərbaycana 0-2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra adalıların baş məşqçisi Lars Olsen mətbuat konfrnasında jurnalistlərin suallarını cavablandırıb. Danimarkalı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Azərbaycanı təbrik edirəm. Bu gün daha yaxşı idilər və qələbəni haqq etdilər. Oyunu iki hissəyə bölmək olar. Birinci hissədə Azərbaycan daha çox topla oynadı və biz müdafiə olunduq. Rəqibə çoxlu qol imkanı vermədik.  Sadəcə, səhvlərdən iki qol buraxdıq. İkinci hissədə daha yaxşı oynadıq, ancaq Azərbaycan layiqli qələbə qazandı.

 

- Qısa müddətdə həm Azərbaycana və Kosovoya qarşı iki oyun keçirmisiz və hər iki komandanı yaxşı tanıyırsız. Bu komandalar arasında son oyunda hansı daha şanslıdı?
- Kosovo bu gün 5:0 hesabı ilə qələbə qazanıb. Onlar evdə oynayacaqlar. Çox həyəcanlı oyun olacaq. Hər iki komanda qələbə qazana bilər. Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq.

Tarix: 17 Noyabr [23:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio