Araz Adbullayev: "Yeganə çıxış yolumuz Priştinada qalib gəlməkdi"

"Bəli, qalib gəldik. Oyunda daha çox topa biz nəzarət etdik. Çalışırdıq ki, hesabı qoruyaq və bir qədər az yorulaq. Nəzərə alaq ki, bir neçə gün sonra Kosovo ilə ağır oyunumuz olacaq. Priştinada finala bərabər matç keçiriləcək".
 
Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın futbolçusu Araz Abdullayev Millətlər Liqasının 5-ci turunda Bakıda Farer adalarını 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Abdullayev daha sonra sualları cavablandırıb.
 
- Ayaqlarınız meydanda olsa da, başınız deyəsən, Maltada qalmışdı.
- Kosovo Maltanı məğlub elədi. Bir çıxış yolumuz qalıb ki, Priştinada Kosovonu məğlub edək. Komanda şəklində bu oyunun altından çıxmalıyıq.
 
- Kosovonun 5:0 hesablı qələbəsi sizdə çaşqınlıq yaradıb?
- Biz də qalib gəlmişik. Artıq bir oyun qalıb. İstəyirik ki, həmin oyuna motivasiya olaq. 3 gün vaxtımız var, yaxşı hazırlaşmaq lazımdı.
 
- Zədən nə yerdədi?
- Hər şey yaxşıdı. Həkimlər baxacaq və növbəti oyuna hazır olacam.
Tarix: 17 Noyabr [23:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio