"Keşlə"nin futbolçusu oynadı, komandası Rumıniyaya darmadağın oldu VİDEO

Millətlər Liqasında V turun son oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, C Liqasında mübarizə aparan Litva millisi səfərdə Rumıniyaya 0-3 hesabı ilə uduzub. Litvanın heyətində çıxış edən "Keşlə"nin müdafiəçisi Edvinas Girdvainis 90 dəqiqə meydanda olub. O, 78-ci dəqiqədə sarı vərəqə alıb.

 

4-cü qrupa 9 xalla Serbiya başçılıq edir. Rumıniya da eyni xal toplayıb və 2-cidir. Monteneqronun 7 xalı var. Xal üzünə həsrət qalan Litva son yerdə qərarlaşıb.

 

C Liqası, 4-cü qrup

 

Rumıniya –Litva - 3:0
Qollar:
George Puşkaş, 7, Klaudiu Keseru, 47, Nikolai Stanku, 65

 

 

 

Tarix: 18 Noyabr [17:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Dekabr 2018
17  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio