Kosovonun baş məşqçisi: "Azərbaycanla ilk oyunda anlamışdım ki, son matçımız final xarakteri daşıyacaq"

"Performansımızdan çox razı qaldım. Malta müdafiə olunmağı yaxşı bacarır. Ancaq biz qol vurmağın yollarını tapdıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Millətlər Liqasının D Liqasında yığmamızla eyni qrupda qərrlaşan Kosovo millisinin baş məşqçisi Bernard Şalland deyib. İsveçrəli mütəxəssis 5-ci turda Malta üzərindəki qələbəni şərh edib:

 

"Bu qələbə komandamızdakı ruhu göstərdi. Əslində, bu oyunda da bir neçə problemimiz görünürdü. Hesab belə olduğu üçün nəzərə çarpmaya bilər. Buna baxmayaraq, mən çox xoşbəxtəm. Çünki əvvəllər qol vurmaqla bağlı sıxıntılarımız olub".

 

11 xalı olan Kosovo son turda 9 xalı olan Azərbaycan millisini qəbul edəcək. Şalland son turda keçiriləcək həlledici oyunla bağlı fikirlərini bölüşüb: "İlk turda səfərdə Azərbaycanla qarşılaşanda anlamışdım ki, bu komanda ilə son matçımız final xarakteri daşıyacaq. Təxminim məni yanıltmadı. Biz də bu yerə gəldiyimiz üçün sevinirik. Mən Azərbaycan millisini yaxşı dəyərləndirirəm.Bəzi yaxşı futbolçuları ilə güclü komandaya qarşı oynayacağıq. Onlar yuxularını gerçək etmək istəyirlər, bizə təhlükə yarada bilərlər. Priştinada çox maraqlı oyun olacaq".

 

Qeyd edək ki, Kosovo - Azərbaycan oyunu noyabrın 20-si, Bakı vaxtı ilə 23:45-də baş tutacaq.

Tarix: 18 Noyabr [13:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2018
16  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio