"Keşlə"dən darmadağın

00:00 - 19 Noyabr 2018

Milli komandaların yoxlama oyunları ilə əlaqədar fasilədən istifadə edən “Keşlə” bu gün yoxlama matçı keçirib.

 

Sportal.az xəbər verir ki, sözügedən komanda Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.

 

“ASK Arena”da baş tutan oyun 5:1 hesabı ilə “Keşlə”nin xeyrinə başa çatıb. Elita təmsilçisinin heyətində Samir Məsimov, Elmir Rəhimzadə, Andre Klennon, Tərlan Quliyev və Bahodir Nəsimov fərqləniblər.

Xəbər xətti