"Sabah"ın ulduzu məşqçi lisenziyası aldı: "Ukraynada iz qoymaq pis olmazdı" FOTOLAR

11:08 - 19 Noyabr 2018

"Sabah"ın serbiya əsilli ukraynalı ulduzu Marko Deviç UEFA-nın A katerqoriyalı məşqçi lisenziyasına sahib olub.

 

Sportal.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 35 yaşlı hücumçu noyabrın 11-dən 16-dək Ukrayna Futbol Federasiyasının Lisenziyalaşdırma mərkəzində keçirilən A diplomlarıyla (peşəkar futbolçular üçün) bağlı məşqçilərinin təlimin son sessiyasında iştirak edib və imtahanlardan uğurla keçib. 2005/06-cı illərdə "MKT-Araz"da oynamış ukraynalı futbolçu Dmitri Parxomenko da imtahandan uğurla keçənlərdən biri olub.

 

Deviç açıqlamasında fikirlərini bölüşüb: "Hələ çox şey öyrənmək lazımdı. Yaxşı məşqçi olmaq üçün nəzəriyyəni praktikaya uyğunlaşdırmaq lazımdı. Ukraynada məşqçi kimi öz izimi qoymaq pis olmazdı".

 

Qeyd edək ki, Ukrayna millisinin sabiq üzvü olan 35 yaşlı Deviç yayda "Sabah"a transfer olub. Marko Premyer Liqada 5 qol vurub.

 

 

Xəbər xətti