"Qəbələ"nin futbolçusu oynadı, komandası Əlcəzairə uduzdu

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo milli komandasınının heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 5-ci turunun Əlcəzairlə ev oyununda meydana çıxıb.

 

Sportal.az xəbər verir ki, start heyətində yer alan Lalavele 90 dəqiqəni əvəzolunmadan keçirib. Öz meydanında 1:4 hesabı ilə uduzan Toqo millisi 5 turdan sonra 5 xala malikdir. Atakoranın komandası D qrupunda 3-cü pillədə qərarlaşıb.

 

Toqolular martın 22-də keçiriləcək son turda Beninin qonağı olacaq.

 

Xatırladaq ki, Lalavele 2 qol vurduğu yığmada 41-ci oyununu keçirib.

Tarix: 19 Noyabr [00:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio