AFFA Mirhüseyn Seyidovu bağışlayıb? AÇIQLAMA

11:52 - 19 Noyabr 2018

Futboldan uzaqlaşdırılan "Keşlə" və "Neftçi"nin sabiq futbolçusu Mirhüseyn Seyidov son günlərdə əfv olunmaqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az saytına danışan Seyidov AFFA-nın hələ qərar vernədiyini deyib:" Gündəmi izləyirəm, amma əfv olunmaqla bağlı qərar verilməyib. Yəqin ki, AFFA yaxın gələcəkdə yekun qərar verəcək. Hələ ki, yenilik yoxdu. Öz formamı saxlamaq üçün fərdi məşqlər edirəm".

 

Qeyd edək ki, ötən mövsüm AFFA danışılmış oyunlarla bağlı "Keşlə"nin iki futbolçusu - Mirhüseyn Seyidovla Nizami Hacıyevi futboldan uzaqlaşdırmışdı.

Xəbər xətti