"Qalatasaray"da şok: Növbəti ciddi itki

15:15 - 19 Noyabr 2018

"Cim-bom"da daha bir oyunçu sıradan çıxıb

 

Sportal.az xəbər verir ki, "Qalatasaray"ın futbolçusu Yunis Belhanda Mərakəş yığmasının heyətində ciddi zədələnib. Klubdan verilən məlumata görə, futbolçunun ayağında yırtıq olduğu və 6 həftə meydanlardan uazq qalacağı bildirilib.

 

Qeyd edək ki, Belhanda ilə yanaşı İstanbul təçsilçisinin heyətində Sinan Gümüş, Emre Akbaba, Yuto Naqatomo, Serdar Aziz və Ozan Kabak da zədəlidir.

 

Xatırladıq ki, "sarı-qırmızılı" komandanın heyətində olan Ndiaye, Ryan Donk və Qari Rodriges "Fənərbaxça" derbisindən sonra yaşanan hadisələrə görə  federasiya tərəfindən cəzalandırılıb.

Xəbər xətti