"Qəbələ"dən 5 cavabsız qol

17:16 - 19 Noyabr 2018

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıqlarını davam etdirir. 

 

Sporatl.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda gerçəkləşən ilk mərhələni başa vurub. 

 

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda doğma arenadakı hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. “Qəbələ” klubun U-19 komandasını sınağa çəkib. 

 

Qarşılaşma əsas komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Adeniyinin het-trik etdiyi matçda digər qollara Rauf Əliyevlə Stiven Monroz imza atıb.

 

Bu oyunla Qəbələ hazırlığın yekunlaşdıran “qırmızı-qaralar” Bakıya yollanıb. 

 

Xatırladaq ki, “Qəbələ” 12-ci turun noyabrın 24-də keçiriləcək oyununda səfərdə “Keşlə” ilə üz-üzə gələcək.

Xəbər xətti