Fil Dişi Sahili millisinin sabiq üzvü "Qalatasaray"a keçə bilər

Hücumçu axtarışını davam etdirən “Qalatasaray” “Monako”dan ayrılan Lasina Traoreni transfer edir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi son mövsüm icarə əsasında Fransanın “Amiens” klubunda çıxış edən 28 yaşlı hücumçu ilə danışıqlar aparır.

 

Tərəflər razılığa gələrsə, hazırda klubsuz olan Fil Dişi Sahili millisinin sabiq üzvü üçün transfer məbləği ödənməyəcək.

 

Qeyd edək ki, L.Traore bu mövsüm Fransa klubunda ümumilikdə 18 oyun keçirib və 3 qol ötürməsi verib.

Tarix: 19 Noyabr [17:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio