"Liverpul" müdafiəçisini satır

19:00 - 19 Noyabr 2018

"Liverpul"un müdafiəçisi Nataniel Klayn qış fasiləsində komandadan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, mersisaydlılar 27 yaşlı futbolçusunu satmağa hazırlaşır. Yurgen Klopp əsas heyətdə şans vermədiyi oyunçunun komandada qalmasını istəmir.

 

Qeyd edək ki, Klayn "Liverpul"a 2015-ci ilin yayında "Sauthempton"dan 12 milyon funt-sterlinqə transfer olunmuşdu. Onun klubla 2020-ci ilin yayına kimi müqaviləsi var.

Xəbər xətti