Hollandiya, Norveç və Makedoniya milliləri pley-offda

01:45 - 20 Noyabr 2018

UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, A Liqasının 1-ci qrupunda B Liqasına düşəcəyi dəqiqləşən Almaniya ilə səfərdə 2:2 hesablı heç-heçə edən Hollandiya yığması pley-offa yüksəlib.

 

C Liqasının 3-cü qrupunda isə qalib Norveç yığması olub və B Liqasına yüksəlib.

 

Yığmamızın qərarlaşdığı D Liqasında Makedoniya yığması da pley-offa yüksəlməyi bacarıb.

 

Millətlər Liqası

VI tur

19 noyabr

A Liqası

 

1-ci qrup

 

Almaniya – Hollandiya - 2:2

Qollar: Timo Verner, 9, Leroy Sane, 20 - Kuinsi Promes, 85, Vircil Van Deyk,90

 

Çexiya – Slovakiya - 1:0

Qol: Patrik Şik, 32

 

C Liqası

3-cü qrup

 

Bolqarıstan – Sloveniya - 1:1

Qollar: Qalin İvanov, 68 - Miha Zayç, 75

 

Kipr – Norveç - 0:2

Qolllar: Ola Kamara, 36, 48

Qırmızı vərəqələr: Valentines Sielis, 80 (Kipr) - Məhəmməd Əl Yunussi, 90 (Norveç)

 

D Liqası

1-ci qrup

 

Andorra – Latviya - 0:0

 

Gürcüstan – Qazaxıstan - 2:1

Qollar: Giorgi Merebaşvili, 59, Giorgi Çakvetadze, 85 - Oralxan Omirtayev, 90

 

4-cü qrup

Makedoniya – Cəbəllütariq - 4:0

Qollar: Enis Bardi, 27, İliya Nesterovski, 67, 80, Aleksandr Traykovski, 90

 

Lixtenşteyn – Ermənistan - 2:2

Qollar: Marsel Buşel, 44, Nikolas Hasler, 47 - Sargis Adamyan, 9, Aleksandr Karapetyan, 85

Xəbər xətti