İspaniya, Mərakəş və Portuqaliya dünya çempionatı üçün hazırdır – Təklif

14:11 - 20 Noyabr 2018

İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales sentyabrın 13-də ölkənin baş naziri Sançezlə görüşərkən dünya çempionatına namizəd olmaları üçün maraqlı bir təklif verib.

 

Sportal.az xəbər verir ki, federasiya prezidenti Mərakeş və Portuqaliya ilə birgə 2030-da keçiriləcək dünya çempionatını qəbul etmək üçün FİFA-ya müraciət etmək barəsində baş nazirlə fikir alış-verişində olub.

 

İspaniya mətbuatının verdiyi məlumata görə, baş nazir bu təklifə müsbət cavab verib. Və bu təklifi Mərakeşin baş naziri olan Sadəttin -Əl-Osmaniyə bildirib.

 

Nəzərinizə çatdıraq ki, Mərakəş 2030 dünya çempionatı üçün Tunis və Əlcəzairlə birgə namizəd olmağa hazırlaşır.

 

Daha öncə isə Uruqvay, Praqvay və Argentina üçlüsü ilə yanaşı Şimali Korea, Cənubi Korea, Çin və Yaponiya da 2030 üçün namizəd olduqlarını bəyan etmişdi.

Xəbər xətti