“Fənərbaxça” AFFA-nın sponsoruyla razılaşdı

15:45 - 20 Noyabr 2018

“Fənərbaxça” və Türkiyənin məşhur geyim brendi "D’S Damat" arasında sponsorluq müqaviləsi imzalanıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 3 illik müqavilə bağlanılıb.

 

Bir müddət əvvəl AFFA və "D’S Damat" arasında sponsorluq müqaviləsinin imzalanması razılaşdırılıb. Müqavilə çərçivəsində "D’S Damat" şirkətinə Azərbaycan milli komandasının iştirak etdiyi UEFA Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələsinin ev oyunlarında marketinq hüquqları təqdim ediləcək. Həmçinin, "D’S Damat" milli komandanın üzvlərini və AFFA-nın əməkdaşlarını kostyumlarla təmin edəcək.

Xəbər xətti