Erməni məşqçi: "Qriqorçuk "Astana"ya qayıda bilər"

18:25 - 20 Noyabr 2018

Hazırda “Astana”da baş məşqçi səlahiyyətlərini yerinə yetirən Qriqori Babayan Roman Qriqorçukun komandadan ayrılmasından danışıb.

 

İdmanxeber.az-ın məlumatına görə, o, ukraynalı mütəxəssisin yenidən “Astana”ya qayıda biləcəyini bildirib:

 

“R.Qriqorçuk 45 gündür komandada çalışmır. O, ailə məsələlərinə görə buradan ayrılıb. Ancaq yenidən “Astana”ya qayıtmaq ehtimalı var. Qriqorçuk çox yaxşı məşqçidir. Onunla birgə çalışmaq bizim üçün də çox yaxşı idi”.

 

Qeyd edək ki, Qriqorçukun “Astana”dan şəxsi məsələlərə görə müvəqqəti olaraq ayrıldığı deyilsə də, onun rəhbərliklə fikir ayrılığına görə klubdan getdiyi iddia olunur.

Xəbər xətti