Millimiz elit-raundda!

19:01 - 20 Noyabr 2018

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə qrup mərhələsində bu gün son oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən millimiz 6 xalla qrupu 2-ci pillədə tamamlayıb və adını elit-raunda yazdırıb.

 

Millimizin əsas izləyicisi Gürcüstan isə İsraillə 1:1 hesablı heç-heçəyə razılaşıb və 4 xalla 3-cü pilləni tutub. İsraillilər isə qrup lideri kimi elit mərhələyə vəsiqə qazanıblar.


Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup

3-cü tur

20 noyabr

 

17:00. Azərbaycan - Lixtenşteyn - 3:0 
Qollar:
Murad Mahmudov, 14, Kamran Quliyev, 64, 69
Hakimlər: Erik Lambrexts, Karel De Rokker (hər ikisi Belçika), Giorgi Elikaşvili, 
Aleko Aptsiauri (hər ikisi Gürcüstan)

 

17:00. İsrail - Gürcüstan - 1:1

Qollar: Eden Karzev, 42 (pen.) - Zuriko Davitaşvili, 17 

 

Xəbər xətti