"Sumqayıt" "Zirə" üçün başladı

23:11 - 20 Noyabr 2018

“Qarabağ”la yoxlama görüşündən sonra bir günlük istirahətə buraxılan “Sumqayıt” bu gündən etibarən “Zirə” ilə oyun üçün hazırlığa başlayıb.

 

Sportal.az xəbər verir ki, komanda Ayxan Abbasovun rəhbərliyi altında saat 15:30-da “Kapital Bank Arena”nın köməkçi meydançasında məşqə çıxıb.

 

Milli komandalarda olan futbolçular məşqdə iştirak etməyib. Bərpa prosesi keçən Ehtiram Şahverdiyev yüngül qaçışla kifayətlənib. Təxminən 1,5 saat davam edən hazırlıq prosesi müxtəlif fiziki hərəkətlər və toplu çalışmalar üzərində keçirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub.

 

Qeyd edək ki, “Zirə” - “Sumqayıt” qarşılaşması noyabrın 25-də “Dalğa Arena”da keçiriləcək və saat 19:00-da başlayacaq.

Xəbər xətti