Riçard Almeyda Avropada hamını qabaqladı

10:27 - 21 Noyabr 2018

UEFA Millətlər Liqasında qrup mərhələsinin statistik göstəriciləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, milli komandamızın iki futbolçusu - Qara Qarayevlə Riçard Almeyda ən yaxşılar arasında yer alıblar. Almeyda 454 dəqiq ötürmə ilə 1-ci, Qarayev 427 dəqiq ötürmə ilə 5-cidi.

 

1. Riçard Almeyda (Azərbaycan) - 454

2. Aleksandru Epureanu (Rumıniya) - 444

3. Nika Kvekveskiri (Gürcüstan) - 437

4. Serxio Ramos (İspaniya) - 433

5. Qara Qarayev (Azərbaycan) - 427

 

Liqada 6 qol vuran Serbiya millisinin forvardı Aleksandar Mitroviç turnirin ən sərrast oyunçusu olub. Ən məhsuldar komanda isə millimizlə eyni qrupda qərarlaşan və pley-offa yüksələn Kosovo yığması olub - 15.

 

Turnirdə ən çox assist edən İspaniya millisinin üzvü Marko Asensiodu (5).

 

Millətlər Liqasında ən çox qurtarış edən qapıçı San Marino millisinin qolkiperi Elia Benedettinidi (41).

Xəbər xətti