Qara Qarayev: "Oyunun əvvəlində buraxdığımız qol rəqibə daha çox güc verdi" MÜSAHİBƏ

Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev Millətlər Liqasının qrup mərhələsinin VI turunda səfərdə Kosovoya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra brifinq keçirib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi öncə oyun haqqında fikirlərini bölüşüb:

 

- Oyunun əvvəlində buraxdığımız qol rəqibə daha çox güc verdi. Qələbədən başqa heç-heçə və bütün məğlubiyyətlər bizi növbəti mərhələdən məhrum edirdi. İkinci dəqiqədə qol buraxmağımız bütün planlarımızı alt-üst etdi. Rəqib daha motivasiyalı oynamağa başladı.

 

- Komanda rəqibin erkən qoluna heç bir reaksiya vermədi. Demək olar ki, ilk hissədə qol epizodları da yarada bilmirdi. Bunu nə ilə əlaqələndirirsiniz?

- Həmin qoldan sonra Kosovo daha çox qapanmağa başladı. Hesabda da irəlidə idi. Azarkeşlərin önündə daha motivasiyalı oyun sərgiləməyə başladılar. İlk buraxdığımız qol rəqibin daha yaxşı oynamasına gətirib çıxartdı. Biz də konsentrasiyamızı itirdik. Özümüzə gələnə kimi çox gec idi.

 

- Rəqibin bəzi futbolçuları aparıcı liqalarda çıxış edir. Bəlkə onlar individual olaraq bizdən güclüdür?

- Danışılacaq heç nə yoxdur. Həqiqətən hər şey göz qabağında idi. Kosovonun oyunçularının xaricdə yaxşı komandada oynadıqları hiss olunurdu. Güclü oyunçulara malikdirlər. Bəlkə də qapımızda erkən qol görməsəydik, fərqli ola bilərdi.

 

- Kosovolu azarkeşlər himnimizi fitə basdılar. Heç bir stadionunda Azərbaycan himni bu qədər fitə basılmayıb. Bu barədə nə deyə bilərsiniz?

- Bu yaxşı hal deyil. Bakıya gələndə bizim xalq onları normal qarşılayıb. Biz siyahisi məsələrdən asılı olmayaraq kosovoluları yaxşı qarşıladıq. Etdikləri hərəkət öz adlarına problem olar. Dövlətini sevən adam başqa himnləri fitə basmaz.

 

- Ondan sonra gözləyirdiniz ki, komanda daha aqressiv olacaq? Bu futbolçuları qıcıqlandırdı?

- Bəli. Qıcıqlandırdı. Yenə də təkrar edirəm. Qolu çox tez buraxdıq. Biz daha səbirli və sakit oynamaq niyyətində idik. Oyunun sonlarına yaxın şanslar tapıb və onlardan yararlanmaq istəyirdik. Buraxdığımız qoldan sonra sanki hər şeyi itirdik. Rəqibə heç-heçə də sərf edirdi.

 

- Sizin fikrinizcə, yığmanın 4 qol buraxmağı çox deyil?

- Oyunun axırlarında 0:1 və ya 0:4 hesablı məğlubiyyətin heç bir fərqi yoxdur. (report)

Tarix: 21 Noyabr [11:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio