Kosovonun futbolçusu: "Azərbaycandan daha güclü idik"

"Oyunumuzdan və nəticədən məmnunam. İlk hissənin sonlarına doğru bir az problemlər yaşadıq. Amma qapımız qarşısında hər an təhlükə olmadı. Azarkeşlərdən fantastik dəstək aldıq. Son dəqiqəyə kimi bizi ruhlandırdılar. Bu qələbəni onlara həsr edirik".

 

Sportal.az xəbər verir ki, bu sözlrəi UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda millimizə qalib gələrək pley-offa yüksələn Kosovonun yarımmüdafiəçisi Hekuran Kryeziu deyib. 25 yaşlı futbolçu millimizdən güclü komanda olduqlarını deyib: "İki oyuna da baxsaq, Azərbaycan güclü rəqib idi, amma nəticə göz qabağındadı. Biz onlardan daha yaxşıyıq. Pley-offa yüksəlməyə layiq idik. Bu azarkeşlərlə hər komandaya belə problemlər yaşada biləcəyik".

Tarix: 21 Noyabr [12:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Dekabr 2018
17  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio