“Keşlə”nin futbolçusu Serbiyada darmadağına üzüldü

14:40 - 21 Noyabr 2018

Futbol üzrə Litva yığması UEFA Millətlər Liqasında sonuncu matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, “Keşlə”nin futbolçusu Edvinas Girdvainisin formasını geyindiyi bu komanda qrup mərhələsinin 6-cı turu çərçivəsində səfərdə Serbiya ilə qarşılaşıb.

 

C Liqasının 4-cü qrupunda yer alan komandaların qarşılaşmasında litvalılar böyük hesabla məğlub olublar - 1:4.

 

Girdvainis də bu matçın iştirakçısı olub. “Keşlə”nin mərkəz müdafiəçisi start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

Keçirdiyi bütün görüşlərdən məğlub ayrılan Litva yığması Millətlər Liqası ilə xalsız vidalaşıb.

Xəbər xətti