Azərbaycan millisi seçmə mərhələdə Cəbəllütariqlə bir səbətdə

AÇ-2020-nin seçmə mərhələsinin səbətləri müəyyyənləşib.

 

Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, Millətlər Liqasının nəticələrindən sonra qitənin 55 komandası 7 hissəyə bölünüb. Son matçında Kosovoya 0:4 hesabıyla məğlub olan Azərbaycan millisi 5-ci səbətdə yer alıb.

 

Millətlər Liqası səbəti: Portuqaliya, İngiltərə, İsveçrə, Hollandiya

 

1-ci səbət: Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Polşa

 

2-ci səbət: Almaniya, İslandiya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya

 

3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail.

 

4-cü səbət: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan

 

5-ci səbət: Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova, Cəbəllütariq, Farer adaları

 

6-cı səbət: Latviya, Lixtenşteyn, Andorra, Malta, San Marino

 

AÇ-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində olacaq. 55 komandayla start götürəcək qrup oyunları gələn ilin martın 21-dən noyabrın 19-a qədər keçiriləcək. 12 fərqli ölkədə keçiriləcək AÇ-2020 12 iyunda başlayacaq və bir ay davam edəcək.

Tarix: 21 Noyabr [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Dekabr 2018
17  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio