Millinin baş məqşçisi istefaya yollandı

17:37 - 21 Noyabr 2018

İrlandiya millisinin baş məşqçisi Martin O Nil vəzifəsindən uzaqlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə İrlandiya Futbol Assosiyasiyası məlumat yayıb. Xəbərdə alınan uğursuz nəticələrdən sonra futbol assosiyasiyasının O Nillə yollarını ayırdığı bildirilib.

 

O Nil 2014-cü ildən İrlandiya millisini çalışdırırdı. Yığma onun rəhbərliyi altında 55 oyun keçirib, 19 qələbə qazanıb və 16 dəfə də məğlub olub.

 

İrlandiya UEFA Millətlər Liqasının B Liqasının 4-cü qrupunda Danimarka və Uelslə mübarizə aparırdı. İrlandlar turniri sonuncu pillədə başa vurub.

Xəbər xətti